“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bayram günlərində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında mənzil başına çatdırılması məqsədilə həm regional, həm də şəhərətrafı xətlər üzrə hərəkət qrafikində bir sıra dəyişikliklər edilib və əlavə reyslər təyin olunub.
Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Balakən–Bakı xətti üzrə hərəkət edən qatarlara "Standart" və "Standart+" sinfi olmaqla ümumilikdə əlavə 20 vaqon qoşulacaq. Bu marşrut üzrə qatarlar saat 23:50-də Bakıdan, 22:00-da isə Balakəndən yola düşəcək.
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
Bununla yanaşı, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə də hər iki istiqamətdə əlavə qatar reysləri təşkil ediləcək:
- Bakı-Ağstafa - 08:30
- Ağstafa-Bakı - 17:20
- Bakı-Qəbələ - 07:30
- Qəbələ-Bakı - 19:00
Həmçinin Qurban bayramı ilə əlaqədar olaraq mayın 27-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə sərnişinlər üçün ikitərəfli reyslər fəaliyyət göstərəcək. Qatar Gəncədən 07:15-də, Mingəçevirdən isə 08:40-da hərəkət edəcək.
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar bayram günlərində ənənəvi qrafiklə hərəkət edəcək.
Həmçinin Abşeron dairəvi dəmir yolu üzrə 27, 28 və 29 may tarixlərində qatarların hərəkəti şənbə-bazar günlərinin cədvəli ilə təşkil ediləcək.
Hərəkət qrafiki və bilet satışı ilə bağlı məlumatları www.ady.az saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.
Bütün sərnişinlərimizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edir və xoş səfərlər arzulayırıq!
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış
- Yanan ərazilərdə minalar partlayır