İmişlinin Qaragüvəndikli kəndində yaşayan çoxuşaqlı Talıbovlar ailəsi ilə bağlı İTV-nin pozitiv süjetini izlədik. Təbii ki, qayğı və sevgi mühitinin hökm sürdüyü, hər uşağın valideyn nəvazişi ilə əhatə olunduğu belə ailələri görmək insanda xoş duyğular yaradır. Qeyd edim ki, 8 uşağın böyüdüyü bu ailənin sosial dəstəklə təminatı üçün DSMF tərəfindən müvafiq işlər aparılıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili qeyd edib.
“Süjetdə ailəyə ödənildiyi bildirilən 1120 manat Talıbovlar ailəsinə beşdən çox uşağın olmasına görə ödənilən müavinətdir. Bu müavinətlə yanaşı, həmin ailə davamlı olaraq ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Hazırda da ailə ünvanlı sosial yardım və ailədəki 1 yaşadək uşağa müavinət olaraq 1139 manat aylıq sosial ödənişlə təmin olunur.
Yəni, ailəyə hazırda ümumilikdə 2259 manat sosial ödəniş edilir və bundan sonra da digər çoxuşaqlı ailələr kimi, Talıbovlar ailəsi də daim diqqətdə saxlanacaq”, - o əlavə edib.
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış
- Yanan ərazilərdə minalar partlayır