Vaşinqton və müttəfiqlərinin Kiyevə ağır silahlar verməkdən imtina etməsi Ukraynanın məğlubiyyətinə səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Vyetnam döyüşlərinin veteranı Cim Cons “Hill”də dərc olunan məqaləsində bildirib.
Məqalədə qeyd edilir ki, Qərb hərbi texnikanın tədarükünə heç bir məhdudiyyət qoymadan ilk gündən Kiyevi dəstəkləmək üçün hər cür səy göstərməli idi. Çünki Ukraynanın öz şəhərlərini müdafiə etmək üçün ən müasir silahlara ehtiyacı var.
Hərbçinin fikrincə, Ukrayna üçün son şans Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verməkdən imtina etdiyi Amerikanın "Abrams" və "Leopard 2" tankları da daxil olmaqla, daha ağır hücum silahlarının tədarükü ola bilər.
O qeyd edib ki, Ukraynanın suveren dövlət kimi mövcudluğu sual altında ola bilər və Zelenskinin məğlubiyyəti Rusiya ilə qarşıdurmada Qərbin məğlubiyyətinə bərabərdir, çünki Kiyevə dəstək NATO resurslarını tükəndirir.
- İlham Əliyev gərginlik keçirən generallara deyir ki...
- Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...
- Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev
- Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?
- Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan
- DTX-nin saxladığı başçının köməkçisi danışdı
- Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır
 
                