Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əş Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə BUTA.TV-a DSX-nin Mətbuat mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin Aparatında yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilib. General-mayor Məhəmməd Abdullah Həmdan Əş Şehri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.
Geniş tərkibdə nümayəndə heyətləri arasında keçirilmiş görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.
Müzakirələr zamanı hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində görülmüş işlərə dair fikir mübadiləsi aparılıb, quru və dəniz sərhədlərinin təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.
- İlham Əliyev gərginlik keçirən generallara deyir ki...
- Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...
- Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev
- Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?
- Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan
- DTX-nin saxladığı başçının köməkçisi danışdı
- Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır
 
                