Müsəlmanın Quranı qorumaq vəzifəsi yoxdur -Deputat Deputat

08:48 - 24 Yanvar 2023 - CƏMİYYƏT

 Müsəlmanın Quranı qorumaq vəzifəsi yoxdur -Deputat Deputat

Avropada Qurani-Kərimin yandırılması, peyğəmbərin kalikaturasının çəkilməsi və başqa “ənənələr” təbii ki, müsəlman dünyasında qıcıq doğurur. Amma bu məsələlərə yanaşarkən bir qədər islam dəyərlərinə uyğun davranış sərgiləmək lazımdır.

Bu sözləri BUTA.TV-a millət vəkili Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, bu məsələdə ilk növbədə “Peyğəmbər nə edərdi?” deyə düşünmək lazımdır:

“Biri Quranı yandırırsa, bu, açıq-aşkar təxribatdır. Amma bir Quran yandırmaqla onu sıradan çıxartmaq mümkündürmü? Yaxud bu addım hansısa inancı aradan qaldırmağa yetərlidirmi? Təbii ki, yox! Bu baxımdan insanların belə təxribatçı addımlara qarşı daha mədəni cavab vermələri məqsədəuyğundur. Həmçinin, hadisənin baş verdiyi cəmiyyətin özü tərəfindən bu addımın qınaq obyektinə çevrilməsinə çalışmaq lazımdır. Əks halda, biz məsələni həll edə bilməyəcəyik. Çünki belə hadisə birinci dəfə deyil ki, yaşanır.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Hansısa kitabın yandırılması səbəbindən ölüm hökmü kəsmək, kalikaturaya görə binanı yandırmaq, adamları linç etmək islam prinsiplərinə uyğun davranış kimi qiymətləndirilə bilməz. Vaxtilə Peyğəmbəri də təhqir ediblər. Amma o, bunu heç də qisas zəminində dəyərləndirməyib”.

Millət vəkili bu məsələlərin üzərində daha sistemli, ağıllı cavab addımları atılmalı olduğunu bildirib: “Ancaq bu addımlar heç bir halda zorakılığa dayanmamalıdır. Çünki sonradan bu, daha böyük mənfi nəticələrə səbəb olar.

Digər tərəfdən, insanların Quranın, yaxud Allahın qoruyucusu kimi çıxış etmək öhdəliyi, vəzifəsi yoxdur. İnsanlar təbliğatçıdırlar. Onlar bu nadanlığa və cahilliyə qarşı özlərinin doğrularını təbliğ etməyə davam etməlidirlər. Həmçinin, gerçəkləri dəyişməyə çalışmalıdırlar.

Ancaq Quran yandırmaqla incildilən müsəlman birinci növbədə özünə qarşı atılan, yaşadığı arealda olan və daha çox özünün etdiyi ədalətsizlikdən inciməlidir. Bunu isə özünü islah etmək üçün düşünməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol