Mayın 10-u xeyli sayda məhbus azadlığa çıxacaq.
BUTA.TV xəbər verir ki, Əfv komissiyasından verilən məlumata görə, ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyev əfv sərəncamı imzalayacaq. Maraqlıdır ki, bu il daha çox məhbusa şamil ediləcəyi gözlənilən əfvə hazırda həbsdə olan məşhurlardan kimlərsə düşə bilərmi? Hüquqşunas Emil Aslanov Baku TV-yə açıqlamasında bildirib ki, böyük ictimai təhlükə törətməyən əməllər törətmiş şəxslər ittiham aktı qanuni qüvvəyə mindikdən sonra əfv etmə kommisiyasına ərizə ilə müraciət edə bilər:
"Az ağır cinayət törətmiş şəxslərin cəzanın çəkilmiş 1/3 hissəsindən sonra müraciəti nəzərdə tutulmuşdur. Ağır, xüsusilə ağır cinayət törətmiş şəxslərin isə verilmiş cəzanın yarısını çəkdikdən sonra əfv kommisiyasına müraciət etmə hüquqaları vardır. Məsələn, Rəşad Dağlının bugünku gündə ictimaiyyət arasında böyük nüfuza sahib olan şəxs kimi azad olunması ilə bağlı böyük bir çağırış var. Lakin onu qeyd etmək istəyirəm ki, Rəşad Dağlı barəsində hələki hökm mövcüd olmadığından, yəni məhkəməyə onun işi çıxmadığından 4 ay müddətində həbs qətiimkan tədbiri seçilmişdir. Bu səbəbdən Rəşad Dağlı müraciət etsə belə, onun müraciətinin əfv kommisiyasında qəbul edilməsi qanunvericiliyə uyğun deyil".
Ətraflı süjetdə:
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev