Bakı Ali Neft Məktəbində (BANM) qadınların iş saatı ilə bağlı yeni qərar qəbul edilib.
BUTA.TV xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov bildirib.
O bildirib ki, qadın işçilər işdən 1 saat tez çıxacaqlar:
“Bakı şəhərində hər gün tıxac var. Təbii ki, 18:00-da işdən çıxan qadın evə gec çatır. Biz də öz daxilimizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar. Bu zaman onlar 18:00-da evdə olurlar. Fikrimcə, bu, hardasa məişət problemini bir tərəfdən həll edir”.
- Azərbaycan XİN Danimarkanı təbrik etdi
- Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı
- Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi
- Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
- Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
- Deputatdan sevindirici açıqlama: Bu, maaşın artmasına səbəb olacaq
- Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”
- Bayraqdar Azərbaycanda quruğu şirkətdən danışdı - Video