Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.
BUTA.TV xəbər verir ki, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsində əksini tapıb.
Belə ki, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər 2 dəfə artırılır.
Daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.
Qeyd edək ki, həmin məbləğlər müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində məqbul hesab edilir.
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO
- Ermənilər də Yutubdan pul qazana biləcək
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu