Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 69-cu gün gecə saatlarında da vətənpərvərlik ruhunda davam edir.
BUTA.TV xəbər verir ki, aksiya iştirakçıları fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi məqsədilə şüarlarını davam etdirirlər.
Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Onların ilk gündən olduğu kimi, şüarları dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekoloji cinayətə son”, “Stop ecocide”, “Stop Mining”, “Берегите природу”, “Экоциду нет, Мониторингу да”.
Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına etiraz edən aksiya iştirakçıları günlərdir ki, yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirirlər. Ərazi humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını qətiyyətlə tələb edirlər. Erməni mediasında yayımlanan saxta xəbərlərə görə, guya etirazçılar Laçın-Xankəndi yolunu blokadaya alıblar. Halbuki aksiyanın başladığı ilk gündən təcili yardım maşınları, mülki şəxslər buradan sərbəst şəkildə hərəkət edə bilirlər.
Gün ərzində Rusiya sülhməramlılarına məxsus 74 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan bütün məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər