Prezident İlham Əliyev “Sabah” futbol klubunu İsrailin “Hapoel” komandası üzərində qələbəsi münasibətilə təbrik edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.
Təbrik mətnində deyilir:
“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.
Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.
“Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!”
Qeyd edək ki, bu qələbə ilə “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

- 1645-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi
- Pakistanda yanğın: 15 körpə öldü
- Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto
- Prezident “Sabah”ı təbrik etdi
- Rusiyanın nəhəng neft emalı zavodu vuruldu - Video
- Hörmüzlə bağlı danışıqlar: 60 gün davam edəcək...
- Ukrayna “Wildberries”in daha bir anbarını yandırdı - Video