Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video

04:10 - 27 Avqust 2026 - GÜNDƏM

 Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video

Keniyanın qərbində 33 yaşlı Manasse Lomaçar itkin keçisini axtararkən gözlənilməz kəşfə imza atıb. Çeporor ərazisində çay yatağında qızıl axtaran qadınlara qoşulan Lomaçar təxminən 3 qram qızıl tapıb və onu 36 min Keniya şillinqinə, yəni təxminən 280 dollara satıb.

BUTA.TV” xəbər verir ki, onun kəşfindən sonra ərazidə böyük qızıl yatağının olduğu barədə şayiələr yayılıb.

Xəbər qısa müddətdə ətraf bölgələrə çatıb və Keniyanın müxtəlif yerlərindən, eləcə də, qonşu Uqandadan insanlar qızıl axtarmaq üçün Çeporora gəlməyə başlayıblar.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ərazidə qızıl axtaranların sayı pik vaxtlarda 10 minə yaxın olub. İnsanlar əsasən kürək və digər sadə alətlərdən istifadə edərək çay yatağındakı qum və palçığı ələyirlər.

Qərbi Pokot dairəsinin rəsmisi Samuel Kiarie bildirib ki, ərazidə bir neçə şəxsin qızıl tapması barədə məlumatlar daxil olub. Lakin yatağın həqiqi miqdarı və kommersiya dəyəri hələ müəyyən edilməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol