Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində “Almaniyada evimiz. Birlikdə necə yaşayırıq” adlı tədbirdə çıxışında miqrant mənşəli vətəndaşların cəmiyyətdə bərabər hüquqlara malik olduğunu vurğulayıb.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, Prezident Almaniyada birinci və ikinci dərəcəli vətəndaşların olmadığını bildirib.
O, Almaniya Konstitusiyasının “eyni qandan olan xalq” anlayışını qəbul etmədiyini diqqətə çatdıraraq deyib:
“Bizi alman edən nənə-babalarımızın mənşəyi və ya qanımız deyil, vətəndaşlıq, ümumi dil və azadlıq şəraitində birlikdə yaşamaq iradəsidir”.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Prezident bildirib ki, Almaniya vətəndaşlığını sonradan əldə edən şəxslərlə doğuşdan Almaniya vətəndaşı olanlar bərabər hüquqlara malikdirlər. Onun sözlərinə görə, vətəndaşlığı kateqoriyalara ayırmaq ölkənin konstitusiya quruluşuna ziddir.
Təhsil, mənzil və səhiyyə xidmətlərinə çıxışın hamı üçün bərabər olmasının vacibliyini qeyd edən Frank-Valter Ştaynmayer Almaniyanın əmək bazarının miqrasiyaya ehtiyac duyduğunu vurğulayıb.
“Mən elə bir Almaniya arzulayıram ki, burada hər kəs vətəndaşların bərabərliyi vədinə sadiq qalsın və etnik təcrid xülyalarına qapılan hər kəsi rədd etsin”, - deyə Almaniya Prezidenti qeyd edib.
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident
- Tahir Gözəl və Qurbanov “Sabah”ı alqışlayır - Video
- Hörmüz boğazı İranın mülkiyyətidir - Arif
- İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH
- Putin Mehriban Əliyevanı təbrik etdi
- İran və Oman Hörmüzlə bağlı razılığa gəldi