Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.
“Bizim təcrübəmizə əsasən sizə deyə bilərəm ki, bəzən sülh danışıqları çox uzun sürür. Biz 28 il ərzində sülh danışıqları apardıq. Siz bunu təsəvvür edə bilirsiniz? 1992-ci ildən 2020-ci ilədək. Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi”, - İlham Əliyev deyib.
- Putin Ukraynaya bir anda nüvə zərbəsi endirə bilər - Blumberq
- Almaniya 80 il sonra yenidən qayıdır: Qlobal mərkəzə çevrilir!
- Avropa birinciliyində 15 medal qazanmış atletlərimiz Vətəndə - Fotolar
- Putin "B planı"nı işə saldı: Avropaya hücum...
- Tarixi ada satışa çıxarıldı - Fotolar
- Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video
- Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
- Yaponiyada güclü zəlzələ oldu