Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Qəhrəmanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllüləri ilə görüşüb.
Bu barədə BUTA.TV-a Azərbaycan Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, Ərdoğan zəlzələ bölgəsində xidmət edən Azərbaycan könüllülərinə təşəkkür edib:
"Xoş gəldiniz, xoş gəldiniz. Maşallah. Azərbaycanlı qardaşlarımız".
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto - Yenilənib
Azərbaycan könüllüləri də öz növbəsində Prezident Ərdoğana başsağlığı verib.
Qeyd edək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar. Belə ki, ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Qəhrəmanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan yüz nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib.
- Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
- Yaponiyada güclü zəlzələ oldu
- Pentaqon Əfqanıstanla bağlı məxfi sənədlər aşkarladı
- Trampdan növbəti İran açıqlaması: Nə olacaqsa, olacaq...
- Kirovoqradda güclü partlayış baş verdi
- “Fənərbaxça” 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
- Qətər baş naziri İrana səfər edəcək
- "Qurdlar Vadisi"nin aktyoru vəfat etdi