İsrail ordusu və Şin Bet (Daxili Təhlükəsizlik Xidməti) Qəzza zolağında HƏMAS-a məxsus beş silah anbarını və raket buraxılış məntəqəsini məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat yayılıb.
“Məhv edilən anbarlarda raketlər, silahlar, partlayıcı qurğular, qumbaralar və digər hərbi avadanlıqlar saxlanılıb. Bu vasitələr HƏMAS tərəfindən İsrail qüvvələrinə qarşı hücumların hazırlanmasında istifadə edilirdi. Silah anbarları məscidlərin daxilində və humanitar infrastrukturların yaxınlığında yerləşib. HƏMAS-ın mülki infrastrukturlardan istifadəsinə yol verməyəcəyik və İsrail vətəndaşlarına qarşı təhlükələrin aradan qaldırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, - məlumatda qeyd edilib.
- 1644-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
- İranın su anbarlarının 45 faizi boşdur: Böhran dərinləşir
- Köçəryanın oğlu naməlum istiqamətə aparıldı
- “Patriot” raketləri aldıq - Zelenski
- Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər
- ABŞ Munir vasitəsilə İrana xüsusi təklif göndərib
- Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq