Ermənistan hakimiyyəti Ankaranın son 30 ildə İrəvan qarşısında qoyduğu bütün tələbləri yerinə yetirərək Türkiyə ilə münasibətləri normallaşdırmağa getdi.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
“Türkiyə hər zaman Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib, “erməni soyqırımı”nı isə tanımaqdan imtina edib. Bunlar həm də rəsmi Ankaranın tələbləri olub. Mövcud şəraitdə ABŞ Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz mövcudluğunu strateji müttəfiqi – Türkiyə vasitəsilə təsdiqləmək üçün regiondakı problemlərin həllinə dəstək verəcək. ABŞ-ın prioriteti Cənubi Qafqaz regionunda münaqişələri həll etməkdir. Çünki bu, Rusiyanı regiondan sıxışdırmaq və ya Kremlin təsirini azaltmaq üçün bir fürsət kimi qəbul edilir. Supergüclər bütün sahələrdə, eləcə də Cənubi Qafqazda rəqabət aparır və bunu normal beynəlxalq siyasi proses adlandırır. Rusiya Ermənistandan çıxsa, bütün Cənubi Qafqazı tərk edəcək. ABŞ bunu anlayır və hesab edir ki, buna yalnız Qarabağ məsələsinin həlli, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə nail olmaq olar. Vaşinqton üçün münaqişənin necə həll olunduğu önəmli deyil. Problemin özünün həlli daha vacibdir”, - o bildirib.
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov