Rusiya Belarusu bu tarixə kimi işğal edəcək

13:16 - 21 Fevral 2023 - GÜNDƏM

 Rusiya Belarusu bu tarixə kimi işğal edəcək

Rusiya 2030-cu ilə qədər Belarusun siyasətini, iqtisadiyyatını və hərbi potensialını tam nəzarətə almağı planlaşdırır.

BUTA.TV xəbər verir ki, bu barədə “Dosye” mərkəzinin hesabatında qeyd olunub.

Bildirilib ki, bir qrup jurnalist Rusiya hakimiyyətinin “Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri” adlı sənədə giriş əldə ediblər.

Sənəddə Belarusun Rusiya tərəfindən planlaşdırılmış şəkildə alınmasından bəhs edilir. Plan üç mərhələyə bölünür - 2022, 2025 və 2030-cu il.

“Dosye” mərkəzinin fikrincə, İttifaq dövləti Kremlin planlarında əsas rol oynayır və bu planlar vasitəsilə Rusiya Belarusda öz qüvvələrini gücləndirmək niyyətindədir:

“Məsələn, 2022-ci ilin sonuna qədər Prezident Administrasiyasının üzərinə Belarus rəhbərliyini İttifaq dövləti üzərində işləməyin zəruriliyinə inandırmaq vəzifəsi qoyulmuşdu. Bundan əlavə, 2030-cu ilə qədər Kreml rəhbərliyi Belarus qanunvericiliyini Rusiyaya uyğunlaşdırmağı, o cümlədən respublikanın xarici siyasətini nəzarətə götürməyi və onu Rusiya Federasiyasının maraqları çərçivəsində idarə etməyi, ölkədə hərbi mövcudluğunu artırmağı, respublikanın informasiya məkanını özünə tabe etmək, Rusiya KİV-lərinin sayını artırmağı hesablayıb. Kremlin perspektivində rus dilinin belarus dili üzərində üstünlüyünün yaradılması və Belarus vətəndaşlarına rus pasportlarının verilməsində sadələşdirilmiş prosedurun tətbiqi də var”.

Mərkəz bildirib ki, planın işlənib hazırlanmasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı, Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və Prezident Administrasiyasının sərhəd əməkdaşlığı şöbəsinin rəhbəri Aleksey Filatovun rəhbərlik etdiyi heyət iştirak edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol