Münhendə keçirilən panel müzakirəsi zamanı İlham Əliyevin İkinci Qarabağ müharibəsinin başa çatmasından və üçtərəfli bəyanatın imzalanmasından sonrakı bütün dövr ərzində nümayiş etdirdiyi kifayət qədər balanslı, konstruktiv, sabit və ədalətli mövqeyinin şahidi olduq.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib.
“Əliyevin yanaşması iki şəkildə fərqlənir. Birincisi, dərin təmkin, emosiyaları idarə edib çətin şəraitdə konstruktiv dialoq aparmaq bacarığı, gözləmək və ağlabatan həllər təklif etmək. İkincisi, 44 günlük müharibədə qalib gəlmiş ölkə rəhbərinin güclü mövqedən şərtləri diktə etmək hüququna malik lider davranışı. Söhbət o liderdən gedir ki, o, Üçtərəfli bəyanatın imzalanmayacağı təqdirdə Ermənistan üçün hər şeyin daha acınacaqlı bitəcəyini bilirdi.
Paşinyanın çıxışı onun İkinci Qarabağ müharibəsindən sonra, necə deyərlər, iki mövqe arasındakı ənənəvi oyununun əksidir. İki ildən artıqdır ki, o, bu vəziyyəti davam edir - mən burada olmaq istəyirəm və burada da olmaq istəyirəm. Bu prinsip konstruktiv deyil və Ermənistanın vəziyyəti buna görə daha da pisləşir”, - politoloq bildirib.
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto - Yenilənib
- Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
- Yaponiyada güclü zəlzələ oldu
- Pentaqon Əfqanıstanla bağlı məxfi sənədlər aşkarladı
- Trampdan növbəti İran açıqlaması: Nə olacaqsa, olacaq...
- Kirovoqradda güclü partlayış baş verdi
- “Fənərbaxça” 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
- Qətər baş naziri İrana səfər edəcək
- "Qurdlar Vadisi"nin aktyoru vəfat etdi