Tatul Akopyanın yazdıqları reallığı əks etdirir. Çünki həmin dövrdə kommunikasiyaların açılması ilə bağlı ümidlər reallığa daha yaxın idi.
Bu sözləri BUTA.TV-a erməni jurnalist Tatul Akopyanın Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistana verdiyi təklif haqqında yazdıqlarını şərh edən politoloq Fərhad Məmmədov deyib.
Politoloq Paşinyanın nəqliyyatla bağlı verdiyi bəyanatı xatırladıb:
“O dövrdə Paşinyan dəmirbyolu xəttinin açılması ilə bağlı razılıq əldə edildiyi haqqında bəyanat vermişdi. Yalnız avtomobil yolunun marşrutunun dəqiqləşdirilməsi məsələsi qalmışdı. Baş verən hadisələr Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun 20 oktyabr 2021-ci ildə keçirilən iclası ilə demək olar ki, üst-üstə düşür. Rusiya da dəhlizin açılması üçün hazırlıq işləri görürdü. Onsuz da İran-Ermənistan sərhədində Rusiya sərhədçiləri xidmət edirlər. Burada eksterritoriallığın nəzərdə tutulduğunu demək olmaz. Lakin Rusiya həmin vaxt Zəngəzurla bağlı müəyyən addım atdı”.
Qeyd edək ki, erməni jurnalist Tatul Akopyan sosial şəbəkə hesabında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) İrəvandakı sərhəd qoşunlarının qərargahından Ermənistan hökumətinə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin hasarlanması təklifi ilə məktub daxil olduğunu, lakin İrəvanın verilən təklifi qəbul etmədiyini yazıb.
- 500-dən çox əməkdaş məsuliyyətə cəlb olunub - General
- Mayda çökən körpünün təmiri niyə ləngiyir? - Video
- Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
- Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video
- “Qafqaz Qartalı - 2026”dan maraqlı görüntülər - Video
- “Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
- Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi - Foto
- Bakıda 64 yaşlı kişi hərbi xidmətə çağırıldı