Beynəlxalq Ana Dili Günündə ən çox uşaqlar sevinir. Lakin onların öz ana dilində oxuyub-yazması üçün Şimali Azərbaycanın yardımına ehtiyac var.
Bu sözləri BUTA.TV-a tanınmış güneyli yazar və jurnalist Məsud Haray deyib.
“Builki bayramda (21 Fevral – Beynəlxalq Ana Dili Günü) zəlzələdən zərər görmüş Xoy şəhərində və onun ətrafındakı kəndlərdə kitab paylanması mərasimi baş tutub. Yeni nəsl ən güclü silahla - kimliyimizi ifadə edən dilimizlə silahlanırlar. Şimali Azərbaycandakı dil, mədəniyyət sevən qardaşlarımıza səslənmək istəyirəm ki, əllərindən gəlirsə, orada yayımlanan uşaq ədəbiyyatı kitablarını Güney Azərbaycana çatdırmaq üçün bir kampaniyaya başlasınlar. Çünki güneyli uşaqların da gözü əvvəl-axır latın əlifbasına alışmalıdır. Bütöv Azərbaycan uğruna oradakı uşaqlarımıza da kitab göndərsinlər”, - o bildirib.
- Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
- Yaponiyada güclü zəlzələ oldu
- Pentaqon Əfqanıstanla bağlı məxfi sənədlər aşkarladı
- Trampdan növbəti İran açıqlaması: Nə olacaqsa, olacaq...
- Kirovoqradda güclü partlayış baş verdi
- “Fənərbaxça” 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
- Qətər baş naziri İrana səfər edəcək
- "Qurdlar Vadisi"nin aktyoru vəfat etdi