Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş spiker, hazırda ölkənin xarici işlər naziri olan Ararat Mirzoyanı öldürməyə cəhddə şübhəli bilinən şəxsi ələ keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 2020-ci ilin 10 noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağda hərbi əməliyyatların dayandırıması barədə üçtərəfli bəyanat imzalandıqdan sonra T.A. adlı şəxs kütləvi iğtişaşların baş verdiyi Ermənistan parlamentinə tərəf yollanıb və həmin ərazidə Mirzoyanı avtomobilindən çıxararaq döyməyə başlayan etirazçılara qoşulub. Ağır bədən xəsarətləri alan Mirzoyan huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmışdı.
Hadisədən sonra T.A.-ya qarşı cinayət işi açılmışdı.
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto