Telekanallarda baş verən neqativ halların aradan qaldırılması üçün Mədəniyyət Nazirliyinə əlavə səlahiyyətlər verilməlidir. Şəxsən mədəniyyət naziri efirlərdə baş verən neqativliklərə müdaxilə etmək səlahiyyətinə malik olmalıdır.
Kult.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında xalq artisti Rasim Balayev son zamanlar efirlərdə xoşagəlməz hadisələrin baş verməsi, xüsusən də aparıcı Tarix Əliyevin (Tolik) xəbərdarlıq alması haqda danışarkən deyib.
O bildirib ki, mütləq Mədəniyyət Nazirliyinin statusu artmalıdır:
“Onlar telekanallara müəyyən təsir göstərə bilməlidirlər. Bu təsirlər yoxdur deyə efirləri bazara döndəriblər. Kim istəyir, efirə çıxır, istəyən ağzına gələni danışır. Hamı ekspert olub düşüb ortalığa. Özünün həyatında olmadığı şeyi tamaşaçıya məsləhət verməyə çalışır. Bir sözlə, efir başsız qalıb. Ona görə də, nazirin səlahiyyəti artırılmalıdır ki, o da bu rəzilliyə müdaxilə edə bilsin”.
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto - Yenilənib
Xalq artistinin sözlərinə görə, televiziya rəhbərlərinin yeganə məqsədi şou yaratmaqdır:
“Artıq o “şou”nun necə olacağı rəhbərə maraqlı deyil. Onlar ancaq gənclərin zövqünü korlamaqla məşğuldurlar. Reytinq xatirinə hər şey edirlər. Sonra da deyirik ki, tamaşaçı zövqü də korlanıb.
Hərəsi bir veriliş açıb, efiri məhkəmə zalına çevirib. Məhkəmədə həll olunan məsələləri də artıq verilişlərə çıxarıblar. Ərindən, evindən qaçanı, qayınana ilə dalaşanı çıxarırlar efirə ki, hamı izləsin, bunlar da reytinq qazansınlar. Axı televiziyalar belə biabırçılıqları deyil, nümunəvi şeylər göstərməlidirlər.
Ona görə də, təkrar edirəm, mütləq mədəniyyət nazirinə kanallara müdaxilə etmək səlahiyyəti verilməlidir. Belə getsə, televiziya rəhbərləri reytinq xatirinə bütün biədəblikləri ortaya çıxaracaqlar”.
- Yaponiyada güclü zəlzələ oldu
- Pentaqon Əfqanıstanla bağlı məxfi sənədlər aşkarladı
- Trampdan növbəti İran açıqlaması: Nə olacaqsa, olacaq...
- Kirovoqradda güclü partlayış baş verdi
- “Fənərbaxça” 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
- Qətər baş naziri İrana səfər edəcək
- "Qurdlar Vadisi"nin aktyoru vəfat etdi
- ABŞ sanksiyaları: İran BMT-yə müraciət etdi