Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra 340-dan çox insan müxtəlif ittihamlarla həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat verib.
Zəlzələdən zərər çəkmiş vilayətlərdə sökülən və ya yenidən inşa edilən binalarla bağlı aparılan araşdırmalar çərçivəsində 160 şübhəli həbs edilib. Oğurluq istintaqı çərçivəsində həbs olunanların sayı isə 181-ə yüksəlib.
Baş Prokurorluğun 11 vilayətdə başlatdığı araşdırmalar nəticəsində dağılan və ya qanun pozuntusu ilə yenidən tikilən binalarla bağlı 564 şübhəli müəyyən edilib. 175 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib. Bundan başqa, 71 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib, 61 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun göstərişi ilə 18 nəfər hələ də həbsdədir, 11 şübhəlinin öldüyü elan edilib. İstintaq zamanı 6 şübhəlinin xaricdə olduğu məlum olub, 62 şübhəli isə ifadələrindən sonra sərbəst buraxılıb.
Soyğunçuluqla bağlı aparılan araşdırmalar nəticəsində 351 hadisədə 282 şübhəli müəyyən edilib. Bu şübhəlilərdən 181-i məhkəmə tərəfindən həbs edilib, 35-i isə məhkəmə nəzarətinə verilib.
- Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...
- Paşinyandan Sərkisyana: Qarabağla bağlı hər şeyi açıqlayacam!
- Ərdoğan Azərbaycana yola düşdü
- Dünyada ət niyə bahalaşır? - Araşdırma
- Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında
- Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT
- Ölkədə dörd günlük tətil başladı
- Mehriban Əliyevadan Zəfər Günü paylaşımı