Ermənistan daha özünə gələ bilməyəcək - General

22:00 - 22 Fevral 2023 - GÜNDƏM

 Ermənistan daha özünə gələ bilməyəcək - General

Kapitulyasiya aktının imzalandığı gündən Ermənistanın bütün hərəkətləri Azərbaycanı guya danışıqlarda marağı olmayan, aqressiv ölkə kimi təqdim etməyə, həmçinin Bakıya siyasi təzyiqin zəruri olmasına yönəlib. İrəvan İkinci Qarabağ müharibəsindən sonra yaranmış status-kvo ilə barışmazlıq fəlsəfəsindən çıxış edir.

BUTA.TV xəbər verir ki, Azərtac-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general-mayor Yücel Karauz Müdafiə Nazirliyinin fevralın 21-dən 22-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulmasını şərh edərkən söyləyib.

“Hərçənd Ermənistanın bu cür böyük güclərə “siyasi oyunu”, sadəcə, qeyri-mümkündür. Bu ölkə iqtisadi və hərbi baxımdan məhv olmağın bir addımlığındadır. İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin 60-65 faizi iflic olub, məhv edilib və yararsız vəziyyətə düşüb. Əgər Ermənistan destruktiv mövqeyini davam etdirsə və Qərblə oynamağa davam etsə, daxili problemlərin içərisində çabalayan bu ölkə öz hökmünü özü verəcək. Yeni eskalasiyadan sonra o, artır özünə gələ bilməyəcək”, - general vurğulayıb.

Gərginliyin artmasının yeni ciddi mərhələsinin başlaması riskinin həmişə mövcud olduğunu söyləyən Y.Karauz deyib:
“AB-nin mülki missiyasına baxmayaraq, Azərbaycanın sərhəddəki mövqelərinə atəş açılması barədə bugünkü xəbər bunu bir daha təsdiq edir. Təbii ki, Azərbaycan baş verənlərə seyrçi qala bilməz, həm də atəşkəs haqqında razılaşma da müvəqqəti sənəddir. Hələ ki, onu sülh sazişi ilə əvəz etmək mümkün olmayıb. İrəvan bilməlidir ki, hər kəsin səbrinin sonu var və Bakının səbrini daşırmamalıdır”.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında bütün məsələlər ikitərəfli qaydada, danışıqlar yolu ilə həll edilməlidir. Əks halda, şərait mürəkkəbləşə bilər:

“Azərbaycanla Ermənistan arasında sülh yalnız birbaşa danışıqlar, mövcud fikir ayrılıqlarının həlli yolu ilə təmin edilə bilər. Belə ki, bu prosesə hər hansı digər ölkənin cəlb olunması əlavə çətinliklərə və xaosa gətirib çıxarar. Çünki hər bir ölkənin öz maraqları var”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol