Belarus Silahlı Qüvvələri istənilən çağırış və təhdidlərə effektiv şəkildə müqavimət göstərməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Müstəqillik illərində biz döyüş qabiliyyətinə malik, çevik, ən müasir texnika ilə təchiz edilmiş, istənilən çağırış və təhdidlərə səmərəli şəkildə müqavimət göstərməyə hazır silahlı qüvvələr yaratmışıq. Ordumuz həqiqətən də dövlətçiliyin dayaqlarından biri, müstəqilliyin və təhlükəsizliyin təminatçısı, gənclər üçün əsl şücaət məktəbi olub və olmaqdadır”, - Lukaşenko bildirib.
- Qətər baş naziri İrana səfər edəcək
- "Qurdlar Vadisi"nin aktyoru vəfat etdi
- ABŞ sanksiyaları: İran BMT-yə müraciət etdi
- YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək - Fidan
- Elə riskə getdi ki, faciənin qarşısını aldı - Video
- Bu yol 2 gün bağlı olacaq
- Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü
- Məşhur aktyor vəfat etdi