Rusiya və Türkiyə müttəfiq deyil, onların arasında münasibətlər hər an pisləşə bilər və bu, Rusiya üçün ciddi zərbə olar, başqa bir münaqişə istiqaməti açar. Ona görə də Ukraynada müharibə başa çatana qədər Rusiya Azərbaycanın və Türkiyənin Cənubi Qafqazdakı maraqlarına toxunan heç bir konkret addım atmayacaq.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Lepexin deyib.
“Hələ ki, sülhməramlı addımlar atılacaq, başqa heç nə. Ukraynada hərbi əməliyyat bitdikdən sonra Kremlin Qarabağ ermənilərinə dəstək olaraq problemin həllinə dair təkliflərilə fəaliyyətini aktivləşdirməsi məntiqlidir”, - Lepexin bildirib.
O qeyd edib ki, Rusiya Vardanyanın oyundan çıxarılmasını da istəmir:
“Ona görə də Moskva şəxsən ona müəyyən dəstək verəcək, heç olmasa, onu kənar təsirlərdən qoruyacaq”.
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında...
- Komandolarımız Bakı küçələrini qardaşlığın səsi ilə titrədəcək...
- Azərbaycan bu gün Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib
- Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - Foto
- Ermənilərin rəsmi itkiləri və bizim qazancımız!
- Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...
- Paşinyandan Sərkisyana: Qarabağla bağlı hər şeyi açıqlayacam!
- Ərdoğan Azərbaycana yola düşdü