Ruben Vardanyanın Qarabağın erməni icmasındakı “vəzifəsi”ndən uzaqlaşdırılması Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanlarını artıracaq.
BUTA.TV xəbər verir ki, Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov belə düşünür.
Onun fikrincə, Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi və Qarabağa gəlişi, əslində, Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyalarından yayınmaq, eyni zamanda, Rusiya rəhbərliyi ilə də münasibətləri pozmamaq idi.
“İndi Vardanyan özünün Ermənistan və ehtimal ki, Fransa vətəndaşlığından istifadə edərək Qərb biznesindən Rusiya aktivlərini ucuz qiymətə alacaq. Vardanyan hiylə işlədərək öz milyardlarını sanksiyalardan azad edə bildi, üstəlik, hələ əlavə milyardlar da qazanacaq”, - deyə o bildirib.
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb