Qərb üçün Cənubi Qafqaz regionunda əsas problem İrandır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
“İran-Ərəb ölkələri, İran-İsrail, İran-ABŞ, İran-AB arasında qarşıdurma getdikcə artır. İndi proseslər böyük regional qarşıdurmaya, İrana qarşı müharibəyə doğru gedir ki, bu da Cənubi Qafqaza yayıla bilər. Amma olmaya da bilər. Hazırda bu, ən vacib məsələdir və Qarabağda və digər yerlərdə baş verənlər artıq daha az əhəmiyyət kəsb edir”, - ekspert bildirib.
O qeyd edib ki, İran ətrafında qarşıdurmaların artması müşahidə olunur:
“Nüvə sazişini fəal şəkildə uzatmağa çalışan AB başa düşür ki, bundan heç nə əldə etməyəcək, ona görə də Tehrana əlavə sanksiyalar tətbiq edəcək”.
Felgenhauerin fikrincə, Ukrayna savaşı, Avropanın enerjiyə ehtiyacı və antiiran məsələsində Bakı hazırda Qərbin əsas müttəfiqidir:
“Buna görə də Qərb Ermənistana görə Azərbaycana qarşı addım atmayacaq.
Ermənistanda isə vəziyyət fərqlidir. Onun ən yaxın müttəfiqlərindən biri Rusiya, digəri İrandır. Bu, o deməkdir ki, Ermənistan ağır vəziyyətdədir və o, əlaqələri şaxələndirməyə çalışır. İrəvanın Moskva və Tehranla birbaşa qarşıdurmaya getməsi də mümkün deyil. Əgər sənin belə bir dostların varsa, demək, həddən artıq çox düşmənin var”.
- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
- Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu