Bu gün Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb.
Bu barədə BUTA.TV-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İmzalanan sənədlər arasında Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər mövcuddur.
Həmçinin, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumuna da imza atılıb.
Bildirilib ki, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş də imzalanıb.
Qeyd edək ki, bu gün Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”