Vardanyanın qondarma “vəzifəsindən” uzaqlaşdırılmasından sonra bir sual xüsusilə önə çıxır: Laçın yolundakı aksiya başa çatacaqmı?
İrəvanda və separatçılar arasında belə fikirlər var. Paşinyanın Vardanyanın “gedişindən” sonra Putinə, ardınca BMT Baş katibi Quttereşə zəng etməsi, Laçın yolundakı aksiyanı müzakirə etməsi də bununla bağlıdır.
Ermənilən Rubeni “vəzifədən” çıxarmaqla “Bakının tələbi icra edildi, Laçın yolunda aksiya bitməlidir” rəyini yaratmağa çalışır.
Halbuki, aksiyanın əsas tələbi başqadır: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi suveren ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.
Bu tələblə başlayan aksiyada daha sonra əlavə tələblər də gündəmə gəldi:
- Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə dayandırılmalı, yolda Azərbaycanın nəzarət mexanizmlərinin yaradılması təmin edilməlidir;
- Ruben Vardanyan Azərbaycanın suveren ərazisini tərk etməlidir;
Məlum olan tələblərdən heç biri icra olunmayıb: mədənlərə giriş imkanı yaradılmayıb, Laçın dəhlizində nəzarət mexanizmləri qurulmayıb, Vardanyan “vəzifəsindən” çıxarılsa da, Azərbaycan ərazisində yaşamağa və fəaliyyət göstərməyə davam edir;
Laçın yolundakı aksiyanın dayanması bu tələblər icra edildikdən sonra müzakirə mövzusu ola bilər.
- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
- Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu