Çin Moskva və Kiyevi ilkin şərt olmadan beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqları bərpa etməyə çağırır.
BUTA.TV xəbər verir ki, bunu cümə günü Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin Təhlükəsizlik Şurasının Ukrayna mövzusu üzrə iclasında çıxışı zamanı deyib.
“Diplomatik danışıqlar Ukrayna böhranını həll etməyin yeganə yoludur. Beynəlxalq ictimaiyyət sülh və danışıqları təşviq etməli, danışıqların bərpası üçün əlverişli platformalar yaratmaq və asanlaşdırmaq üçün təcili çalışmalıdır. Münaqişə tərəflərini danışıqlar masası arxasına çəkmək asan iş olmayacaq. Ancaq bu, siyasi həll yolunda ilk addımdır... Biz Rusiya və Ukraynanı ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırırıq. Ukrayna böyük dövlətlər arasında mübarizə meydanı deyil, heç kim bu münaqişədən Ukrayna xalqı hesabına faydalanmağa çalışmamalıdır", - diplomat qeyd edib.
- Bu yol 2 gün bağlı olacaq
- Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü
- Məşhur aktyor vəfat etdi
- Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi - Fotolar+Video
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi
- Tramp MKİ direktorunun Moskvaya səfərindən danışdı
- Nepalda daşqınlar: ölənlərin sayı 95-ə çatdı
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi