Hazırda Ukraynanın F-16 qırıcılarına ehtiyacı yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden “ABC Nyus” kanalına açıqlamasında deyib.
Jurnalistin “bunu heç vaxt Ukraynaya F-16-lar verilməyəcək kimi başa düşmək olarmı” sualına cavabında Bayden qeyd edib ki, Ukrayna müdafiəsinin gələcəkdə nəyə ehtiyac duyacağını hələlik bilmək mümkün deyil:
“İndi bizim hərbçilərin fikrincə, Kiyevi F-16-larla təmin etmək üçün kifayət qədər əsas yoxdur”.
ABŞ lideri eyni zamanda qeyd edib ki, indi bir çox dövlət Ukrayna Silahlı Qüvvələrinə tanklar, artilleriya və hava hücumundan müdafiə vasitələri göndərirlər:
“Biz də hazırda təcrübəli hərbçilərimizin uyğun gördüyü texnikaları Ukraynaya göndəririk. Ehtiyac olan sadəcə tanklar, artilleriya, hava hücumundan müdafiə vasitələri və HİMARS-dır”.
- Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video
- Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif
- Şahbaz Şərifin Azərbaycan səfəri başa çatdı
- Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
- Ərdoğanın Bakıya səfəri başa çatdı
- Liderlərin Bakıda üçtərəfli görüşü keçirildi
- Xarıbülbül Azərbaycan bayrağının kölgəsində əbədi açsın...
- Bakıda Ərdoğanla Şahbaz Şərif arasında görüş oldu