Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 12 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
- Bu yol 2 gün bağlı olacaq
- Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü
- Məşhur aktyor vəfat etdi
- Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi - Fotolar+Video
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi
- Tramp MKİ direktorunun Moskvaya səfərindən danışdı
- Nepalda daşqınlar: ölənlərin sayı 95-ə çatdı
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi