Putin ötən gün israrla “Laçın koridoru” deyirdi, “Ermənistandan Azərbaycana gedən yol” demədi. “Dağlıq Qarabağ” dedi, halbuki belə bir qurum yoxdur. Həmçinin, “bölgədə yollar mənim nəzarətimdə olacaq”, “başqa heç bir ölkəni problemlərin həllinə yaxın buraxmaq olmaz” kimi fikirlər də səsləndirdi. Bundan əlavə, Putin israrla özünə qurduğu kiçik çevrədəki “ağsaqqal” rolundan əl çəkmək istəmir.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ötən gün Moskvada baş tutan Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) iclası haqda qeyd edib.
“Yaxşı, biz nə deyirik, problemləri necə həll etmək istəyirik?! İki ölkə qarşılıqlı ərazi bütövlüyünü sözdə tanıdı. İndi bunu kağızda, sənəddə imzalamaq lazımdır. Azərbaycan Laçın yoluna sərhəd-keçid məntəqəsi qoydu, hazırda bunu formal yox, işlək hala gətirmək lazımdır. Zəngəzurdan keçəcək yola nəzarət uğrunda Rusiya və Ermənistan (İran da Ermənistana dəstək verir bu məsələdə, Kremllə birbaşa üz-üzə gəlmək istəmir) arasında çəkişmə var. Amma olsun, bizim üçün nəzarətin Ermənistanda olması sərfəlidir, ona görə bu məsələdə onlara “pas” verə bilərik. Çünki yolun tək Rusiya nəzarətində olması Kremlə hər iki ölkəyə əlavə təzyiq və təsir rıçaqları verəcək və Rusiyadan güzəşt qoparmaq Ermənistanla bu məsələdə anlaşmaqdan daha çətin olacaq.
Bundan başqa, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlılarla bağlı “yol xəritəmizi” açıqlamalıyıq (məsələn, yerli özünüidarənin və mer seçkilərinin tədbiqi, yerli əhəmiyyətli məsələrin həllində ölkədə regionlara bir az sərbəstliyin verilməsi), yoxsa Moskva onların uzunmüddətli təhlükəsizlik zamini roluna hazırlaşır. Buna imkan vermək olmaz”, - N.Cəfərli bildirib.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü