Bakının mərkəzində qəzaya düşən maşın səkiyə çıxdı - Video
Video
Bu gün paytaxtın Nəsimi rayonu ərazisində - Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV” xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində “Hyundai” və “BYD” markalı 2 nəqliyyat vasitəsi toqquşub.
Zərbənin təsirindən “Hyundai” yolun hərəkət hissəsindən çıxaraq səkiyə çıxıb.
Xoşbəxtlikdən həmin vaxt səkidə piyada olmayıb.
Faktla bağlı araşdırma aparılır.
“Gözyaşı tökdü ki, o qədər pulu oğluma niyə vermisən?”