“Qarabağ”ın Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa satılan bilet sayı məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Atlılar”ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oyuna 15 min 500 bilet satılıb.
Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti 5, 20, 30 və 75 manat təşkil edir.
Xatırladaq ki, Polşadakı ilk oyunda “Qarabağ” 2:3 hesabı ilə məğlub olub.
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”