Afrika Birliyi Niger hərbçilərinə konstitusion hakimiyyəti bərpa etmək üçün 15 gün vaxt verib.
BUTA.TV xəbər verir ki, Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurası “hərbçilərdən dərhal və qeyd-şərtsiz öz kazarmalarına qayıtmağı və ən geci 15 gün ərzində ölkədə qanuni hakimiyyətin bərpasını tələb edib.
Şura, həmçinin “demokratik yolla seçilmiş” prezidentin həbsini pisləyib və qiyamçılara qarşı “cəza sanksiyaları da daxil, bütün lazımi tədbirləri” görməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Əbdurəhman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”