Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefonla danışmaq istəyi haqda sualı cavablandırıb.
BUTA.TV xəbər verir ki, Putin ötən gün keçirdiyi mətbuat konfransında bu mövzuya toxunub.
“Biz telefonla danışmaq istəyirdik. Prezident Ərdoğan danışıq təklif etdi, ancaq mənim üçün əlverişli vaxt deyildi. Sonra mən bu gün (dünən – 29 iyul – red.) təklif etdim, onun üçün uyğun deyildi, sabaha (bu gün, 30 iyul) danışıq təklifi etdim, yenə onun üçün münasib olmadı. Qərara gəldik ki, bu həftənin 3-cü günü danışaq. Danışacağıq və qərara gələcəyik”.
Putin avqust ayında görüşlə bağlı da razılığa gəldiklərini, ya Rusiyada, ya da Türkiyədə görüşəcəklərini vurğulayıb.
Qeyd edək ki, “Voll Strit Jurnal” iki gün öncə Ərdoğanın Putinlə telefonla taxıl müqaviləsini müzakirə etmək istədiyini, lakin guya Rusiya liderinin bundan imtina etdiyini yazmışdı.
- ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötdü
- Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
- Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək
- Hərbçimiz vəfat etdi
- “Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın” - Prezidentdən Mirşahinə
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki