Ukrayna əks-hücum əməliyyatının uğursuzluğu fonunda Rusiya ərazisində mülki hədəflərə terror hücumlarını gücləndirib.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
O bildirib ki, bununla bağlı nazirlik infrastruktur obyektlərin dəniz və havadan hücumlardan qorunması üçün əlavə tədbirlər görüb:
“Mövcud vəziyyət nəzərə alınaraq, hava və dənizdən hücumlara qarşı mühafizənin artırılması üçün əlavə tədbirlər görülüb. Ukrayna hərbi obyektlərinə, o cümlədən bu terror aktlarını dəstəkləyənlərə hücumların intensivliyi bir neçə dəfə artırılıb. Kiyev Qərb sponsorlarının dəstəyi ilə Rusiyanın mülki infrastrukturuna hücumlar həyata keçirir”.
Qeyd edək ki, ötən həftə Moskva üç dəfə PUA hücumuna məruz qalıb.
- AQTA-dan bu məhsullarla bağlı çağırış
- Kəlbəcərdə çayda batan azyaşlının - Fotosu
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- “Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
- ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötdü
- Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
- Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək
- Hərbçimiz vəfat etdi