Bu gün biz hamımız "Qarabağ"dan qələbə gözləyirdik.
BUTA.TV xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Feysbuk hesabında yazıb.
"Qarabağ"ın Bakıda Polşa "Rakuv"u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib:
"Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram".
Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan "Qarabağ" iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. "Köhlən atlar" turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi