Avqustun 1-də Belarusun iki hərbi helikopteri Polşanın hava məkanını qanunsuz keçib. Bununla belə, həmin helikopterləri vurmağa ehtiyac yox idi.
BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.
“Obyektiv desək, Polşa Belarus helikopterlərini vura bilməzdi. Xüsusilə də onların aşağı hündürlükdə uçduqlarını və aşkarlanmasının çətin olduğunu nəzərə alsaq. Qəribədir ki, Polşa tərəfinin Belarusdakı hərbi təlimlərdən və yaxınlıqda minlərlə vaqnerçinin olmasından məlumatı olsa da, sərhədi güclü nəzarətə götürməyib. Amma anlamalıyıq ki, növbəti dəfə helikopterlər daha böyük məsafəyə uça bilərlər. Onda Polşa hakimiyyəti yeni problemlə üzləşməli olacaq”, - Musienko bildirib.
Qeyd edək ki, Belarus Polşanın hava məkanını pozduğu barədə iddiaları təkzib edib.
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi