Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Bu barədə BUTA.TV-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.
Nazirlikdən bildirilib ki, valideynlər övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilər.
"Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur", - Elm və Təhsil Nazirliyindən qeyd olunub.
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi