Rusiyada bütün məmurlar yerli istehsal olan avtomobillərdən istifadə etməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, nazirlik və idarələr, eləcə də bir neçə qurum xaricdə istehsal olunan avtomobillərin alınmasını davam etdirir və hətta buna israr edirlər:
“Bildirdim ki, bu məsələ müzakirədən tamamilə çıxarılmalıdır. Və ölkənin bütün məmurları yerli maşın sürməlidirlər. Bu maşınlar hardasa daha sadə olacaq, lakin burada qorxulu heç nə yoxdur. Əksinə, hətta yaxşıdır. Hamı başa düşməlidir ki, yerli brendlərin, yerli avtomobillərin, digər yerli məhsulların inkişafına çalışmaq lazımdır”.
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi