Rəsmi Bakı bir daha Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə humanitar yardımların çatdırılması üçün Ağdam-Xankəndi yolunun açıq olduğunu bəyan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə danışıb.
Nazir Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatlarını nəzərə alaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığını bir daha xatırldıb.
C.Bayramov həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirib.
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü