Gürcüstanın qərbindəki yüksək dağ massivində yerləşən Şovi bələdiyyəsi ərazisində torpaq sürüşməsi baş verib. Torpaq ərazidən keçən çayın qarşısını kəsib və çay məcrasından çıxıb. Nəticədə avtomobil yolu dağılıb, "Sanset Şovi" kurortunun ərazisindəki kotteclər uçub, burada istirahət edən 40-dan çox turistin və kənd sakinlərinin ətraf ərazilərlə əlaqəsi kəsilib.
BUTA.TV xəbər verir ki, Gürcüstan hökuməti çətin vəziyyətdə qalan turistlərin və kənd sakinlərinin təxliyəsi üçün tədbirlər görür. Əraziyə xeyli sayda xilasedici, habelə Daxili İşlər Nazirliyinin sərhəd xidmətinin helikopterləri cəlb olunub.
İnsanlar helikopterlər vasitəsilə təxliyə olunur. Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü