Tamaşaçılarımız avqustun 3-dən 10-dək Azərbaycanın klassik filmlərini “CinemaPlus”da ödənişsiz şəkildə izləyə bilərlər.
Kult.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "CinemaPlus" Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib.
O qeyd edib ki, bu gün Azəbaycan kinosunun 125, Azərbaycan kinostudiyasının 100 illiyi münasibətilə Azərbaycan klassik filmlərinin təqdimatı həyata keçirilir: “Belə ki, Azərbaycan kinostudiyasının son 100 ildə təqdim etdiyi müxtəlif filmlər yaxın bir həftə ərzində “CinemaPlus” Kinoteatrlar şəbəkəsində təqdim ediləcək”.
“Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərinin sakinləri klassik Azərbaycan filmlərini kinoteatrlarda ödənişsiz izləyə bilərlər”,- Z.Darabzadə bildirib.
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü