Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti Zaporojye Atom Elektrik Stansiyasında yoxlama zamanı damlarda piyada əleyhinə mina və digər hərbi sursat tapmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalının xüsusi müxbiri Olqa Kurlayeva Teleqram kanalında yazıb.
O bildirib ki, təşkilatın üzvləri missiyalarına üçüncü və dördüncü enerji bloklarının damına baxış keçirməklə başlayıblar. Yoxlama Rusiya hərbçiləri və “Rosenerqoatom” şirkətinin baş direktorunun müşaviri Renat Karçaa tərəfindən izlənilib. MAQATE mütəxəssisləri damların üstündə yarım gün keçirsələr də, orada heç nə tapmayıblar.
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü