Belarusdakı “Vaqner” muzdluları NATO ölkələrinin sərhədində təxribatlar törədə bilər.
BUTA.TV xəbər verir ki, bu fikrləri Polşanın Baş naziri Mateuş Moravetski və Litva Prezidenti Gitanas Nauseda bölüşüblər.
Baş nazir Mateuş Moravetski bildirib ki, Belarusdakı vaqnerçilər təhlükəlidir:
“Çünki onlar NATO-nun şərq sərhədində sabitliyi poza bilər. Bu gün Polşa və Litvanın sərhədləri şərqdən gələn despotizmin təzyiqini dayandıran azad dünyanın sərhədləridir. Bizim sərhədlərimizdə (Litva və Polşada) iki ildir davam edən müxtəlif hibrid hücumlar dayandırılıb”.
Prezident Gitanas Nausedanın sözlərinə görə isə "Vaqner" muzdlularının Belarusda olması Litva, Polşa və NATO müttəfiqləri üçün əlavə təhlükəsizlik riskidir:
“Biz ayıq-sayıq qalırıq və istənilən ssenariyə hazırıq”.
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü