Fransanın Qarabağla bağlı hazırki siyasəti erməni diasporunun təsir gücünün göstəricisidir. Bu, həmişə belə olub. Yəni, köhnə ssenari yenə də davam edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Fransa Senatının üzvü Natali Qule deyib.
Xanım Qule Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin hökumətə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsi ilə bağlı tələb irəli sürmələrini qətiyyətlə qınayıb:
“Fransadakı erməni diasporu sülh əleyhinə fəaliyyət göstərir. Onlar görmək istəmirlər ki, Ermənistan Ukraynanın legitim mövqeyinə qarşı Rusiyanı, dünyanın qalan hissəsinə qarşı İranı dəstəkləyir.
Fransanın bu cür mövqe sərgiləməsi siyasəti dramatikləşdirərək, seçkilərdə erməni seçicilərdən səs toplamaq məqsədi daşıyır. Onlar həmçinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün tarixi torpaqlarını tələb etməsini də dini müstəviyə daşıdılar.
Guya ki, “yaxşı erməni xristianlar” “pis müsəlman azərbaycanlılara” qarşı mübarizə aparır. Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”, – deyə Fransa Senatının üzvü Natali Qule əlavə edib.
- TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar-Yenilənib
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı