Avqustun 8-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi tamam olub.
Kult.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, onun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymtləndirilib. Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı ilə sənətkarın “İstiqlal” ordeni ilə təltif edilməsi də bu diqqət və qayğının daha bir nümunəsidir.
Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətlə bu gün Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib. Nazir Adil Kərimli Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Aktyorun Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələrini yüksək qiymətləndirən nazir onun çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Rasim Balayevin çəkildiyi ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir.
Rasim Balayev yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, bundan sonra da kino sənətinin inkişafına töhfə verməyə çalışacağını deyib.
Sonda xatirə şəkli çəkdirilib.
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu
- Tuqay Hüseynov Azərbaycana ekstradasiya olundu
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
- Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
- Bu ödənişlər nağdsız olacaq